Dieqo Forlan karyerasını bitirib.
"Mənim üçün çətin qərardı. Bu günün gəlməyini istəməzdim. Ancaq eyni zamanda, gec-tez bunun baş verəcəyini bilirdim. Professional futbolçu karyeramı bitirmək qərarına gəlmişəm", - deyə Forlan bildirib.
Uruqvaylı futbolçunun son iş yeri "Kitçi" olub. Honqkonq klubunun heyətində 7 matçda meydana çıxan Forlan 5 dəfə rəqib qapılarına yol tapmışdı.
Forlan "Mançester Yunayted"lə birlikdə İngiltərə Premyer Liqası, İngiltərə Kuboku və ölkə Superkubokunun qalibi olub. "Atletiko"nun heyətində isə o, Avropa Liqasını və UEFA Superkubokunu qazanıb.
40 yaşlı forvard 112 matçda Uruqvay millisinin formasını tərlədib və 36 dəfə fərqlənməyə imkan tapıb. 2010-cu ildə CAR-da keçirilən dünya çempionatında Uruqvay dördüncü olmuş, Forlan isə turnirin ən yaxşı futbolçusu seçilmişdi. Həmçinin o, 2011-ci ildə Amerika Kubokunu qalibi olub.
Fanat.az