"Arsenal"ın yarımmüdafiəçisi Mesut Özil ABŞ-a transfer ola bilər.
"Di Si Yunayted" Özilin xidmətində maraqlıdı. Vaşinqton klubu gələn ilin yanvar ayında, MLS-də "transfer pəncərəsi" açıldıqdan sonra almaniyalı futbolçunu heyətinə qatmaq niyyətindədi.
Ötən mövsüm Özil 1741 dəqiqə meydanda olub. Bu, 2007-08 mövsümündən bəri onun üçün ən aşağı göstəricidi. O zaman Özil "Verder"də çıxış edirdi.
Fanat.az