Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Neftçi” İsarilin "Bney Yehuda” klubunu qəbul edib. "Bakcell Arena”da baş tutan görüş saat 21.00-da start götüb.
Mübarizəyə I təsnifat mərhələsindən qoşulan "Neftçi” buna qədər əvvəlcə Moldovanın "Sperantsa”, ardınca Rusiyanın "Arsenal” klublarını mübarizədən kənarlaşdırmışdı.
Turnirə III raundan qatılan "Bney Yehuda” isə ikinci dəfə Avropa Liqasında Azərbaycan təmsilçisinə rəqib idi. Əsl azarkeşlər xatırlayar, yəhudilər 2009/10 mövsümündə I təsnifat mərhələsində hər iki görüşdə "mərhum" "Simurq”u məğlub etmişdi...
Tərəflərin ilk dueli yetərincə maraqlı alınıb. Yerli tərəfdarları 2 dəfə üzüntülərə qərq edən qonaqlar fasiləyə qədər qapısında 1 qol görüb. İkinci yarıda vəziyyətdən çıxmağa çalışan Azərbaycan təmsilçisinin gücü bərabərlik qoluna çatıb.
İndi 90+7-ci dəqiqədə ümid qoluyla "dirilən" bakılıları daha çətin səfər mübarizəsi gözləyir. Yəhudilərin öz meydanında daha xoş təsir bağışlayacağı isə şübhə doğurmur. Hər halda uçuruma yaxınlaşan "Neftçi"nin çıxış yolu var.
Avropa Liqası
III təsnifat mərhələsi
İlk oyun
8 avqust
Neftçi (Azərbaycan) - Bney Yehuda (İsrail) 2:2
Qol: Jozef -Monroz, 43, Namiq Ələskərov, 90+7 - Tambi Saqas, 27, Məhəmməd Qadir, 36
Hakimlər: Kərim Abed, Hiçam Zakrani, Mikael Berçebru, Floran Batta (Fransa).
UEFA nümayəndəsi: İonel Piskanu (Rumıniya).
Hakim-inspektor: Kyell Alset (Norveç).
Bakı. "Bakcell Arena”.
"Neftçi": 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk,
6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Dario
Federiko, 11. Vangelis Platellas, 19. Rauf Əliyev, 25. Kiril Petrov, 26. Ömər
Buludov, 28. Stiven Monroz, 93. Soni Mustivar.
Ehtiyat oyunçular: 30. Aqil
Məmmədov, 3. Mamadu Mbodj, 7. Namiq Ələsgərov, 9. Baqali Dabo, 17. Rəhman
Hacıyev, 18. Tural Axundov, 36. Mamadu Kane.
Baş məşqçi: Roberto Bordin.
"Bney Yehuda": 1. Emiliyus Zubas, 3. Dan
Mori (k), 5. Daniel Feltser, 6. Amir Rustom, 8. Şey Mazor, 9. Dor Jan, 11.
Məhəmməd Qadir, 16. Avişay Kohen, 19. Vafuqossani İsmaila Soro, 21. Tambi
Saqas, 24. Alban Pnişi.
Ehtiyat oyunçular: 55. Yehonatan
Şabi, 4. Paz Ben Ari, 7. Dor Koçav, 15. Ariel Lazmi, 23. Ben Şimoni, 26. Roey Ben
Şimon, 77. Şemor Tsaadon.
Baş məşqçi: Yosef Abuksis.
Fanat.Az