Fanat.Az xəbər verir ki, 26 yaşlı hücumçu "İnter”lə müqavilə bağlamaq üçün Milana gedib. Onu hava limanında 200 yaxın azarkeş qarşılayıb.
Qeyd edək ki, İngiltərə mətbuatı "İnter”in belçikalı forvard üçün "Mançester Yunayted”ə 84 milyon avro ödəyəcəyini yazıb. Lukakunun İtaliyada həftədə 200 min avro maaş alacağı alacaq.
Onu da qeyd edək ki, "Mançester Yunayted” Lukakunu 2017-ci ilin yayında "Everton”dan 90 milyon funt sterlinqə alıb.