"Səbail” bu yay transfer etdiyi Bilal Həmdi ilə yolları ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi
Feysbuk səhifəsi məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçinin müqaviləsinə
qarşılıqlı razılaşma əsasında xitam verilib. Futbolçuya azad agent statusu
verilib.
Qeyd edək ki, "Səbail” dünən daha bir yeni transferi Dilan Duventru ilə də vidalaşmışdı.
Fanat.Az