"Bney Yehuda” klubunun baş məşqçisi Yossi Abukasis Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Neftçi”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, o, 2:2 hesabıyla bitən matçdan sonra təşkil olunan mətbuat konfransında media önünə çıxıb:
- Birinci hissə bizim üçün yaxşı alındı, bir neçə təhlükəli epizod yaratdıq, iki qol vurduq. Amma sonra yorulduq. Çünki bu, bizim ilk rəsmi oyunumuz idi. İkinci hissədə sadəcə, müdafiəni düşünürdük. Oyundan əvvəl matçın 2:2 hesabı ilə nəticələnəcəyini desəydilər, razı olardım. Amma 2:0 hesabı ilə öndə olandan sonra belə nəticə ürəyimizcə olmadı.
- Qeyd etdiz ki, ikinci hissədə müdafiəyə çəkilmişdiz. Sanki daha çox
hesabı qorumağa çalışırdılar. Futbolçuların tez-tez vaxt aparmaları sizin
tapşırığınız idi?
- Üzr istəyirəm, belə axmaq suallara cavab verməyəcəm. Sizin komandanız ikinci
qolu əlavə olunmuş vaxtda vurdu. Sizin üçün heç də pis nəticə sayılmamalıdı.
- Evdə də müdafiə futbolu oynayacaqsınız?
- Yenə bu oyuna baxacağıq. Ondan sonra cavab matçında necə çıxış edəcəyimizlə
bağlı qərar verəcəyik.
- Bu hesabdan sonra şansların yenə bərabər olduğunu düşünürsüz?
- Bu barədə hələ heç nə deyə bilmərəm. Dünən dediyim kimi, "Neftçi" çox
güclü komandadı. Təəssüf ki, biz cavab görüşünə qədər sifariş
ərizəsinə başqa futbolçu sala bilməyəcəyik. Ordakı matçın necə nəticələnəcəyini həyat
göstərəcək.
Fanat.Az