"Yuventus" heyətinə daha bir ulduz futbolçu qatır.
Fanat.Az xəbər verir ki, Turin klubu "İnter”in hücumçusu Mauro İkardini transfer edir.
Argentinalı forvard "Yuventus”la illik 8 milyon avro olmaqla 5 illik müqaviləni razılaşdırıb. O, bu səbəbdən "Napoli”, "Roma” və "Monako”nun təklifini rədd edib.
İkardinin "Yuventus”a transferinin klubun Paulo Dibala və Mario Mandjukiçi satdıqdan sonra həyata keçiriləcəyi bildirilib.
Fanat.Az