"Roma" futbolçusu Cengiz Ünderlə müqavilə müddətini uzadıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu ilə 2023-cü ilin yayına qədər sözləşmə imzalanıb.
Qeyd edək ki, Cengiz Ünder 2017-ci ilin iyul ayında "Başakşəhər"dən "Roma"ya 14.25 milyon avroya keçib. Hazırda "Transfermarkt"ın 35 milyon avro qiymət qoyduğu futbolçu bütün turnirlər daxil olmaqla İtaliya təmsilçisinin heyətində 65 oyuna 14 qol vurub.
Fanat.Az