"Barselona" ulduz futbolçusu Filip Koutinyonu icarəyə verib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi "Bavariya"ya keçib. O, 2019/10 mövsümünün sonuna qədər Münhen təmsilçisinin formasını geyinəcək. Müqaviləyə əsasən, Almaniya nəhəngi növbəti mövsümdə braziliyalı oyunçunu heyətinə qatmaq hüququna malik olacaq.
Qeyd edək ki, Koutinyo 2018-ci ilin yanvarında "Liverpul"dan "Barselona"ya 145 milyon avroya transfer olunub. Yarımmüdafiəçi komandanın heyətində 76 matçda meydanda olub. "Barselona" ilə 2023-cü ilin yayına kimi müqaviləsi olan oyunçu 21 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az