"Qalatasaray" "Roma"nın yarımmüdafiəçisi Stiven Nzonzini heyətinə qatdığnı açıqlayıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul klubu frasalı futbolçunu bir illik icarəyə götürüb.
Klub müqavilənin detallarını da açıqlayıb. "Qalatasaray" "Roma"ya icarə haqqı ödəməyəcək. Stiven Nzonzi 2019/20 mövsümündə 3 milyon 250 min avro maaş alacaq.
Anlaşmaya əsasən, "Qalatasaray" mövsümün sonunda 16 milyon avro ödəyərək futbolçunun transfer hüqüqunu ala və ya 500 min avro qarşılığında icarə müqaviləsini daha bir mövsüm uzada bilər. 2020/21 mövsümünün sonunda isə onun transfer hüququnu almaq üçün 13 milyon avro ödəmək lazım gələcək.
Qeyd edək ki, Stiven Nzonzi 2018-ci ildə "Sevilya"dan "Roma"ya 26.66 milyon avroya transfer olunub. O, ötən mövsüm İtaliya klubunda keçirdiyi 39 rəsmi oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib. 30 yaşlı yarımmüdafiəçi 2017-ci ildən dəvət aldığı Fransa millisində 14 oyun keçirib.
Fanat.Az