Edin Ceko "Roma" ilə müqavilə yeniləyib.
Cekonun sazişi 2022-ci ilin yayına kimi nəzərdə tutulub. Bosniyalı futbolçu 2015-ci ildən bəri "Roma"da çıxış edir. O, bu müddət ərzində 179 matçda meydana çıxıb və 87 qolla yadda qalıb.
Daha əvvəl Cekonun adı "İnter"lə birlikdə hallanırdı.
Sport7.az