Xəbər verdiyimiz kimi, Xorvatiya millisinin "AVRO-2020”nin seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Trnavada Slovakiya, 3 gün sonra Bakıda Azərbaycan millisinə qarşı keçiriləcək oyunlar üçün heyəti açıqlanıb. Baş məşqçi Zlatko Daliç əsas heyətə 23 futbolçunun adı daxil edilib.
Fanat.Az xəbər verir ki, onlardan biri vaxtı ilə Azərbaycan çempionatında çıxış edib. Belə ki, hazırda Türkiyənin "Çaykur Rizəspor" klubunda forma geyinən Dario Melnyak 2016/17 mövsümünün birinci dövrəsində "Neftçi"nun uğurları üçün çalışıb.
"Ağ-qaralar" xorvat müdafiəçinin 2016-cı ilin yayında Belçikanın "Lokeren" klubundan icarəyə götürmüşdü. O, qış fasiləsində "Neftçi"dən ayrılaraq Belçikaya dönmüşdü. Dario 14 oyunda "Neftçi"nin formasını geyinərək 1234 dəqiqə meydanda olub.
Melnyak "Neftçi" və "Lokeren"dən başqa, Xorvatiyanın "Nedelyanets", "Jelina", "Slaven", Sloveniyanın "Domjale" klublarında çıxış edib və bu ilin əvvəlində "Çaykur Rizəspor"a keçib. O, bu ildən Xorvatiya millisinə dəvət alır. 26 yaşlı müdafiəçi iyunun 11-də Tunis millisi ilə keçirilən yoldaşlıq oyununda millidə debüt edib.
Fanat.Az