Türkiyə Super Liqasında yeni mövsümün ilk turuna yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyun günündə bir görüş keçirilib. Ötən mövsüm tarixinin ən uğursuz dövrünü yaşayan "Fənərbaxça" evdə "Qazişəhər"i qəbull edib. Görüş İstanbul klubunun 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Qollara Viktor Mozes (penalti), Vedat Muriqi, Əmrə Belezoğlu (penalti), Nabil Dirar və Ferdi Kadioğlu imza atıb. "Fənərbaxça"dan Viktor Mozes daha bir penaltidən yararla bilməyib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol