Qadın futbolçu gözəlliyi ilə göz qamaşdırır - FOTOLAR
Dünyanın ən gözəl qadın futbolçularından biri olan Hollandiya millisinin üzvü Anuk Huqendiyk gözəlliyi ilə daim diqqət mərkəzindədi.
Fanat.Az xəbər verir ki, sosial mediada 200 minə yaxın izləyicisi olan 34 yaşlı futbolçu tez-tez cəsur paylaşımlar edərək minlərlə "like" toplayır.
1985-ci ildə dünyaya gələn Anuk Huqendiyk 12 yaşında "Geef Nooit Op" adlı televiziya proqramına çıxıb. 2004-cü ildə "Saestrum" klubunda çıxış etməyə başlayıb və daha sonra Hollandiyanın "Utrext", İngiltərənin "Arsenal" və "Bristol Academy" klublarında oynayıb, 2014-cü ildən "Ayaks"da çıxış edib. 2004-2017-ci illərdə çıxış etdiyi Hollandiya millisində 103 oyun keçirərək 9 qol vurub.