Bu gün AFFA-nın və Regional Futbol Federasiyaları İctimai Birliyinin sabiq vitse-prezidenti, əməkdar məşqçi, əməkdar idman xadimi mərhum Toğrul Hacıyevin 70 illik yubileyidi.
Fanat.az xəbər verir ki, bu münasibətlə AFFA-nın əməkdaşları, veteran futbolçular, ölkə futbol ictimaiyyətinin nümayəndələri Hacıyevin məzarını ziyarət edib, qəbirüstü abidəsinin önünə gül dəstələri qoyulub, mərhumun ruhuna dualar oxunub.
Fanat.az