Azərbaycanda da böyük maraqla izlənilən "Çukur" serialının "Vartolu Sadəddin"i Erkan Kolçak Köstendil "Mançester Siti"nin məşqini ziyarət edib.
Fanat.Az xəbər verir ki, İngiltərə klubunun formasını geyinən aktyor baş məşqçi Pep Qvardiola və futbolçu İlkay Gündoğanla görüşüb, komandanın məşqində iştirak edib.
Qeyd edək ki, Erkan Kolçak "Bursaspor"un uşa komandalarında qapıçı kimi çıxış edib. Bir müddət əvvəl o, Bursa təmsilçisinin məşqinə qatılaraq hazırda "Fənərbaxça"da çıxış edən Harun Tekinlə qapıçılar üzrə məşqçi Kristian Masın rəhbərliyi altında məşq etmişdi.
Fanat.Az