"Bu qələbə mənim üçün Şimali İrlandiya yığmasında İngiltərə və İspaniyanı məğlub etdiyimiz oyunlar kimi yaxşı xatirədir”.
Fanat.Az əbər verir ki, bu fikirləri "Linfild”in baş məşqçisi David Hili Avropa Liqasının "play-off" mərhələsinin ilk matçında "Qarabağ”ı məğlub etdikləri (3:2) oyundan sonra söyləyib.
40 yaşlı mütəxəssis futbolçularının çıxışından məmnun olduğunu vurğulayıb:
"Futbolçularımın nəyə qadir olduqlarını bilirəm. Ona görə də məni təəccübləndirmədilər. "Qarabağ”a qarşı oyunda qalib gəlmək inanılmazdır. Bir həftə sonra Bakıda oyunumuz var”.
Fanat.Az