12:31 24.08.2019 1397

PFL rəsmisi: “Yeniliklərin icrasını diqqətdə saxlayırıq”

"Peşəkar Futbol Liqası 2019/2020 mövsümü üçün yeniliklərin icrasını diqqətdə saxlayır”.

Bunları "Report”a PFL-in Yarışların Təşkili Departamentinin rəhbəri Elgiz Abbasov deyib. Onun sözlərinə görə, I turda "Keşlə” ilə matçda "Qarabağ”ın bəzi rəsmilərinin "A” buraxılışından istifadə etməməsinə görə AFFA İntizam Komitəsinin klubu 800 manat məbləğində cərimələməsi bunun göstəricisidir.

"Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatan görüşdə baş məşqçi Qurban Qurbanovla yanaşı, klubun digər üzvləri A buraxılış vəsiqəsindən istifadə etməyib. Əsasnamədə isə göstərilir ki, PFL tərəfindən verilmiş A buraxılış vəsiqəsi bütün üzvlər (stadionun soyunub-geyinmə otaqları yer alan tunelinə daxil olduqdan sonra oyunda iştirak edəcək futbolçulara şamil olunmur) tərəfindən görünən səviyyədə taxılmalıdır. Stadionun otaqlarında xidmət aparan şəxslər mütləq şəkildə vəsiqəni taxmalıdırlar. Şəkilli A buraxılışının kənar şəxslərə ötürülməsində klub məsuliyyət daşıyır.

Abbasov bildirib ki, PFL 2019/2020 mövsümünə tam olaraq yenilənmiş Əsasnamə ilə başlayıb. Onun sözlərinə görə, tətbiq edilən yeni qaydalar həm klublar, həm də futbol ictimaiyyəti tərəfindən müsbət qarşılanıb.

Departament rəhbəri klubların Oyun Günü Planına riayət etmələrinə ciddi nəzarət olunacağını söyləyib: "Oyunun başlanmasına 120 dəqiqə qalmış AFFA nümayəndəsinin rəhbərliyi ilə oyunun təşkilinə cavabdeh olan şəxslərin birgə iclası başlamalıdır. Komandalar matçın startına 90 dəqiqə qalmış stadionda olmalıdırlar. Hər iki klub 75 dəqiqə qalmış oyunun protokolunu elektron (ehtiyac yaranarsa, kağız) şəkildə hakimə təqdim etməlidir. Görüşə 60 dəqiqə qalmış hava şəraitinə uyğun olaraq meydança 5 dəqiqədən çox olmayaraq sulanmalıdır. Bundan sonra komandalar isinmə hərəkətləri üçün meydana daxil ola bilərlər. Ən geci 15 dəqiqə qalmış komandalar və hakimlər soyunub-geyinmə otağına dönməlidirlər. 7 - 15 dəqiqə qalmış meydançanın 2 dəqiqə sulanıb-sulanmayacağına meydan sahibi qərar verəcək. 5 - 7 dəqiqə qalmış hakim komandaları meydana çıxmağa dəvət edir. 1 - 5 dəqiqə qalmış marşın səslənməsi, salamlaşma, püşkatma, yan xətt hakimlərinin qapı torlarını yoxlaması həyata keçirilir və nəhayət, start fiti səslənir. Fasilədə meydançanın sulanıb-sulanmayacağına meydan sahibi komanda qərar verir. Hər hansı komanda stadiona matçın təyin olunduğu vaxtdan 30 dəqiqə gec gələrsə, həmin komandanın oyunda iştirak etməməsi kimi qəbul olunur”.

Abbasov yeni mövsümdən ilk dəfə olaraq Onlayın Matç Sisteminin tətbiqinə başladıqlarını vurğulayıb: "Bu sistemin sıfırdan qurulmasında PFL prezidenti Ramin Musayevin böyük əməyi var. Özü şəxsən buna nəzarət etdi. Həmçinin qurumun baş direktor Məlik Həsənovun, Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevin, Elçin Mehtiyevin, Rüfət Əliyev, AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin, klubların və yarışların təşkilində iştirak edən digər departamentlərin də bu işdə payı var. Sistem 3 hissədən ibarətdir – admin, hakim və klublar. Artıq klublar mövsümlük bütün qeydiyyatlarını sistem üzərindən onlayın şəkildə edir. Daha əvvəlki kimi PFL-ə heç bir sənəd gətirmir. Bütün məlumatları elektron formada bazaya yerləşdirirlər. Hakimlərə gəlincə, artıq ədalət təmsilçiləri oyunlara gedərkən sifariş vərəqini və yekun protokolu onlayn şəkildə yerləşdirirlər. Yeni sistem klubların protokolları səhv doldurmalarını da əngəlləyir. Bildiyiniz kimi, ötən mövsüm bu cür hallar baş vermişdi. Hətta texniki məğlubiyyə alan da oldu. Klublara vahid əvəzetmə kartları da vermişik. "A” buraxılışının tətbiqinə ötən il başlasaq da, yeni mösvümdən şəkilli formada hazırladıq və rəsmi sənəd formasına gətirdik”.

PFL rəsmisi klublarla əlaqələri gücləndirdiklərini deyib: "Artıq telefona danışıqlarını minimuma endirmişik. Hər şey məktublaşma ilə olur. Mən sənə, sən mənə demişdin – söhbəti yoxdur. Ümumilikdə, yeniliklərin tətbiqində PFL-ə istər klublar, istər digər aiddiyatı qurumlar, istərsə də mətbuat böyük dəstək verib”.  
 
Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

Facebookdan bizi izləməyi unutmayın.
X