17:07 24.08.2019 1505

"Zirə"nin "Neftçi" ilə 17-ci sınağı

"Zirə” Azərbaycan Premyer Liqasının II turunda "Neftçi” ilə görüşəcək.

Fanat.az xəbər verir ki, bu, bakılıların cari mövsümdə ilk ev oyunu olacaq.

Komanda ölkənin ən titullu klubu ilə 17-ci dəfə qarşılaşacaq. İlk dəfə 2015-16 mövsümündə üz-üzə gələn rəqiblər arxada qalan 4 çempionatın hərəsində dörd dəfə münasibətlərini aydınlaşdırıblar. "Zirə” əvvəlki çempionat matçlarında üstünlüyə malikdi. Oyunların yarısında – 8 dəfə qalib gələn "qartallar” 5 heç-heçə edib və üç dəfə meydandan xalsız ayrılıb. Top fərqində də öndə olan zirəlilər texniki nəticə nəzərə alınmamaqla 20 qol vurub, 15-ni buraxıb.

"Neftçi”nin qapısına ən çox qol vuran futbolçu Luis Alberto Diez 3 dəfə fərqlənməyə müvəffəq olub. Nelson Bonilya, Riçard Qadze, Vüsal İsgəndərli və Mfo Kqasvane 2 dəfə rəqib qapısına yol tapıb. Ümumilikdə "Zirə"nin 13 oyunçusu bu matçlarda qol sevinci yaşayıb. Bir top isə rəqib avtoqolu sayəsində gerçəkləşib.

İndiyədək 8 dəfə evdə "Neftçi” ilə üz-üzə gələn "Zirə” 5 qələbə qazanıb, 1 heç-heçə edib və 2 matçdan xalsız ayrılıb. Doğma divarlar arasında 9 qol vuran qəsəbə təmsilçisi 5 top buraxıb.

Qeyd edək ki, "Zirə” – "Neftçi” oyunu avqustun 26-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Matç saat 19:00-da başlayacaq.

 

2015/16 mövsümü

03.10.2015. Zirə - Neftçi - 2:0

İqor İvanoviç, 19; Nelson Bonilla, 71

06.12.2015. Neftçi - Zirə - 1:1

Ruslan Qurbanov, 10 - Luis Alberto Diez, 4

27.02.2016. Zirə - Neftçi - 3:0

Nelson Bonilla, 24; Luis Alberto Diez, 88, 90+3

23.04.2016. Neftçi - Zirə - 0:0
 

2016/17 mövsümü

14.08.2016. Neftçi - Zirə - 0:1

Vüqar Mustafayev, 43

16.10.2016. Zirə - Neftçi - 2:0

Yovan Krneta, 43 (p.); Adil Nağıyev, 50

05.03.2017. Neftçi - Zirə - 1:2

Daniel Seqovia, 60 (p.) - Georgi Navalovski, 62 (ö.q.); Milan Duriç, 79

23.04.2017. Zirə - Neftçi - +:-


2017/18 mövsümü

16.09.2017. Neftçi - Zirə - 1:2

Uqo Barqas, 54 - Vüsal İsgəndərli, 17; Riçard Qadze, 53

05.11.2017. Zirə - Neftçi - 1:0

Riçard Qadze, 30

24.02.2018. Neftçi - Zirə - 1:1

İqnasio Herrera, 22 - Comal Evans Uilyams, 30

15.04.2018. Zirə - Neftçi - 0:3

Rəhman Hacıyev, 10-p.; İqnasio Herrera, 90+1; Rəşad Sadiqov, 90+5

 
2018/19 mövsümü

22.09.2018. Zirə - Neftçi - 1:2

Dilan Duventru, 33 - Mirabdulla Abbasov, 6; Qoran Paratski, 52

10.11.2018. Neftçi – Zirə – 2:2

Baqali Dabo, 36; Mirabdulla Abbasov, 80 - Tellur Mütəllimov, 76; Vüsal İsgəndərli, 83

16.02.2019. Zirə - Neftçi - 0:0

06.04.2019. Neftçi – Zirə – 4:2

Baqali Dabo, 40, 88; Anton Krivotsyuk, 44; Namiq Ələsgərov, 61 - Mfo Kqasvane, 59, 80 (p.)
 
Fanat.az


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X