Avropanın məşhur məşqçilərindən olan Vahid Halilhociç Azərbavycandan təklif alıb. Fanat.az xəbər verir ki, Bosniya və Hersoqovinadan olan mütəxəssis bu barədə özü məlumat verib.
Hazırda Əlcəzair yığmasına başçılıq edən mütəxəssisə yığmamızı çalışdırmaq təklif olunub: "Mən Ukrayna, Rusiya, Türkiyə və Azərbaycandan təkliflər almışam. Düşünürəm ki, son təklif heyrətamiz idi. Ancaq maliyyə tərəfi mənim üçün bir o qədər də vacib deyil. Hazırda idman tərəfi mənim üçün daha vacibdir. Mən titullar qazanmaq istəyirəm".
Qeyd edək ki, Halilociç futbolçu karyerası ərzində Bosniya və Hersoqovinanın "Velez Mostar", Xorvatiyanın "Neretva", Fransanın "Nant" və PSJ klublarında çıxış edib. Yuqoslaviya millisində 15 oyun keçirən hücumçu 8 qol vurub. Məşqçi karyerasına 1990-cı ildə başlayan 61 yaşlı mütəxəssis "Velez Mostar" (Bosniya və Hersoqovina), "Raja Kasablanka" (Mərakeş), "Lill", "Renn", PSJ, "Beauvais" (hamısı Fransa), "Trabzonspor" (Türkiyə), "İttihad" (Səudiyyə Ərəbistanı) və "Dinamo" (Xorvatiya) klublarına başçılıq edib. 2008-2010-cu illərdə Kot`D-İvuar millisini çalışdıran bosniyalı mütəxəssis 2011-ci ildən Əlcəzairi yığmasının bışındadı.
Fanat.az