Şinji Kaqavanı heyətinə qataraq gündəmə gələn "Saraqosa" daha bir məşhur futbolçunu transfer edir.
Fanat.Az İspaniyanın futbolistos.es saytına istinadən xəbər verir ki, 2-ci liqa klubu Arda Turanı heyətinə qatmağa çalışır. "Barselona" ilə müqaviləsi 2020-ci ilin yayında başa çatacaq türk futbolçu ilə bağlı danışıqları yekunlaşmaq üzrədi. Keçidin yaxın günlərdə açıqlanması gözlənilir.
Qeyd edək ki, Arda Turan icarə əsasında "Başakşəhər"də çıxış edir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol