Milli komandamızın sabiq üzvü Ufuk Budakın yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Türkiyənin "Boluspor” kubundan ayrılan müdafiəçi TFF I liqanın digər təmsilçisi "Altınordu”ya keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ufukla 1 illik müqavilə imzalayıb.
29 yaşlı müdafiəçi Türkiyədə daha öncə "Əskişəhərspor”, "Qazişəhər”, "Kayserispor”, "Manisaspor” və "Samsunspor” klublarında da çıxış edib.
Fanat.Az