17:31 29.08.2019 1318

"Qəbələ"nin Gənclər Liqasındakı bütün potensial rəqibləri müəyyənləşdi

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək "Qəbələ”nin bütün potensial rəqibləri müəyyənləşib.

Bu, Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçlarından sonra dəqiqləşib. AFFA-nın təşkil etdiyi Gənclər Liqasının qalibi qismində turnirə vəsiqə qazanan əyalət təmsilçisi Çempionlar Yolunda yer alacaq.

Əsasnaməyə uyğun olaraq, yarışa UEFA-nın reytinqində ilk 32 pillədə qərarlaşan milli assosiasiyaların təşkil etdikləri Gənclər Liqasının qalibləri qatılmalıdır. Lakin Lixtenşteyndə analoji yarış keçirilmədiyi üçün vakant yer 33-cü sıradakı Moldovaya verilib.

Həmçinin "Atalanta” (İtaliya), "Borussiya” (Dortmund, Almaniya), "Lokomotiv” (Moskva, Rusiya), "Genk” (Belçika), "Qalatasaray” (Türkiyə), "Zaltsburq” (Avstriya), "Dinamo” (Zaqreb, Xorvatiya), "Ayaks” (Hollandiya) və "Slaviya” (Çexiya) klublarının əsas komandaları Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıqları üçün onların gənclərdən ibarət kollektivləri Gənclər Liqasında Çempionlar Liqası Yolunda çıxış edəcəklər.

Bu komandaları isə reytinqdə müvafiq olaraq, növbəti sıralarda qərarlaşan ölkələrin – Albaniya, İslandiya, Makedoniya, Finlandiya, İrlandiya, Bosniya və Herseqovina, Latviya, eləcə də ilk dəfə olaraq, Estoniya çempionu əvəzləyib.

"Qəbələ”nin potensial rəqiblərinə gəlincə, bunlar "Saraqosa” (İspaniya), "Derbi” (İngiltərə), "Renn” (Fransa), "Portu” (Portuqaliya), "Yanq Boyz” (İsveçrə), PAOK (Yunanıstan), "Midtyulland” (Danimarka), "Makkabi” (Petah-Tikva, İsrail), APOEL (Kipr), "Viitorul” (Rumıniya), "Korona” (Polşa), "Elfsborq” (İsveç), "Lüdoqorets” (Bolqarıstan), "Brodarats” (Serbiya), "Reyncers” (Şotlandiya), "Minsk” (Belarus), "Astana” (Qazaxıstan), "Soqndal” (Norveç), "Domjale” (Sloveniya), "Slovan” (Bratislava, Slovakiya), "Şerif” (Moldova), "Şkendiya” (Albaniya), "Akranes” (İslandiya), MTK (Macarıstan), "Şkendiya” (Makedoniya), "Honka” (Finlandiya), "Bohemians” (İrlandiya), "Zrinski” (Bosniya və Herseqovina), "Liepaya” (Latviya) və "Levadiya” (Estoniya) komandalarıdır.

Çempionlar Liqasının püşkatması bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Çempionlar Yolunun püşkatması isə sentyabrın 3-də keçiriləcək və saat 16:00-da start götürəcək. Püşkatma ərəfəsində komandalar arasında coğrafi prinsiplərə əsasən, bölgü aparılacaq və "Qəbələ"nin potensial rəqiblərinin sayı 7-yə enəcək.

Çempionlar Liqası Yolunda qrup qalibləri birbaşa 1/8 finala yüksələcəklər. Yarımfinal ilə final matçları müvafiq olaraq aprelin 17-də və 20-də Nyonda keçiriləcək.

Çempionlar Yolunda I mərhələnin oyunları 2 - 23 oktyabrda, II raundun görüşləri isə 6 - 27 noyabrda olacaq. İki mərhələnin yekununda yoluna davam edəcək 8 komanda pley-offda Çempionlar Liqası Yolunun qruplarında 2-ci yeri tutan 8 kollektiv ilə üz-üzə gələcək. Pley-off oyunları 11 - 12 fevralda, 1/8 final matçları 3 - 4 martda, 1/4 finalın görüşləri isə 17 - 18 mart keçiriləcək. Bu mərhələlərdə qaliblər bir oyunla müəyyənləşəcək. 

Qeyd edək ki, "Qəbələ” Gənclər Liqasında üçüncü dəfə çıxış edəcək. (Report)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

01:06

Zamiq Albaniya çempionu oldu

00:44

İtaliya A Seriyası: "Fiorentina"nı da evə xalsız göndərdilər, "Roma"nı da

00:25

Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

00:07

Türkiyə Super Liqası: Kardozo het-trik etdi, komandası qazandı

12 May 2025
23:37

Avropa Liqasının finalı almana tapşırıldı

23:09

Rafinyanın "Barselona"dakı aqibəti necə olacaq? - SON DURUM

22:52

Türkiyə klubunda gözlənilməz ayrılıq - Çempion məşqçini istefaya göndərdilər

22:27

Simeone "Napoli"dən ayrılır, İtaliyadan yox

Facebookdan bizi izləməyi unutmayın.
X