"Qarabağ"ın Avropa Liqasındakı rəqibləri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, A qrupunda mübarizə aparacaq Azərbaycan çempionunun rəqiblərindən biri İspaniyanın "Sevilya" klubu olacaq.
1890-cı ildə yaradılan komandaya İspaniya millisinin və "Real"ın sabiq çalışdırıcısı Julen Lopetegui başçılıq edir. Komanda ev oyunlarını eyniadlı şəhərdə yerləşən və 43.883 azarkeş tutumu olan Ramon Sançes stadionunda keçirir.
"Qarabağ"ın rəqibi tarixində cəmi bir dəfə - 1945/46 mövsümündə La Liqanın qalibi olub. Komanda 5 dəfə "Kral Kuboku"nu, bir dəfə İspaniya Super Kubokunu qazanıb.
"Sevilya" Avropa Liqanın rekordçusudu. Belə ki, komanda 5 dəfə bu turnirin qalibi olub (2006, 2007, 2014, 2015, 2016). 5 dəfə Avropa Super Kuboku uğrunda oyunda iştirak edən "Qarabağ"ın rəqibi yalnız bir dəfə - 2006-cı ildə kuboka sahib çıxıb.
Qeyd edək ki, A qrupunda həmçinin APOEL (Cənubi Kipr) və "Düdelanj" (Lüksemburq) da mübarizə aparacaq.
Fanat.Az