Futbol üzrə Azərbaycan Kubokunun təqvimi açılanıb.
Fanat.Az xəbər verir ki, yarışa 1/8 final mərhələsindən start veriləcək. Bu mərhələdə qaliblər bir oyunun nəticəsinə görə müəyyənləşəcək. Turnir dekabrın 4-də başlayacaq.
1/8 və 1/4 final mərhələsinin oyunları 2019, yarımfinal və final qarşılaşmaları 2020-ci ildə baş tutacaq. Yarışa mayın 16-da yekun vurulacaq.
4 dekabr
Azərbaycan Kuboku, 1/8 final mərhələsi
15-16 dekabr
Azərbaycan Kuboku, 1/4 final mərhələsi, ilk oyunlar
19-20 dekabr
Azərbaycan Kuboku, 1/4 final mərhələsi, cavab oyunlar
22 aprel
Azərbaycan Kuboku, 1/2 final mərhələsi, ilk oyunlar
29 aprel
Azərbaycan Kuboku, 1/2 final mərhələsi, cavab oyunlar
16 may
Azərbaycan Kuboku, Final
Fanat.Az