19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, "Sabah”ın futbolçusu Murad Bağırov zədəli olduğu üçün heyətdən çıxarılıb. Onun əvəzinə heyətə "Qəbələ”nin üzvü Təbriz İsazadə dəvət olunub.
Qeyd edək ki, sentyabrın 4-dən 8-dək Maltanın Valletta şəhərində təlim-məşq toplanışında olacaq yığmamız hazırlıq çərçivəsində sentyabrın 5-də və 7-də maltalı həmyaşıdları ilə iki yoldaşlıq oyunu keçirəcək. Hər iki oyun Bakı vaxtı ilə 20:00-da başlayacaq.
Fanat.Az