"AVRO-2020"nin seçmə mərhələsinin Uels - Azərbaycan oyununun hakimləri açıqlanıb.
Fanat.Az xəbər verir ki, UEFA sentyabrın 6-da keçiriləcək matçı maltalı hakimlər briqadasına tapşırıb.
Kardiffdəki görüşü Trustin Farrugia Cann idarə edəcək. Ona Alan Camilleri və Luke Portelli yardımçı olacaq. Dördüncü hakim funksiyasını Alan Mario Sant yerinə yetirəcək.
Finlandiyalı Jouni Hyytia matçın hakim-inspektoru, isveçli Kristian Velander UEFA nümayəndəsi olacaq.
Fanat.Az