Bu gün AFFA Klublar Komitəsinin iclası keçirilib.
Fanat.Az xəbər verir ki, asossiasiyanın inzibati binasinda keçirilən tədbirdə 3 məsələ müzakirə olunub. Bu barədə komitənin sədri, "Sumqayıt"ın prezidenti Riad Rəfiyev məlumat verib.
Rəfiyev bildirib ki, Premyer Liqanın yeni sponsoru və əldə ediləcək gəlir klublara çatacaq vəsait, limitə daxil olan futbolçuların sayına görə bonus sistemi və Akademiyalarda yetişən gənc futbolçulara görə kompensasiyanın məbləği müzakirə edilib.
Komitə sədri bildirib ki, Premyer Liqanın sponsor məsələsi hələ dəqiqləşməyib: "Tender ayın 6-da bitəcək. Məbləğ hələ dəqiqləşməyib".
Fanat.Az