Futzal üzrə Yüksəl Liqanın sonuncu qalibi olan "Araz” növbəti transferini reallaşdırıb.
Azərbaycan Futzal Federasiyasından Fanat.Az-a verilən məlumata görə, Naxçıvan təmsilçisi Braziliyanın "Alaf" komandasından Borges Souza Murilonu heyətinə cəlb edib.
Artıq kollektivlə birgə məşq edən braziliyalı müdafiəçi mövsümün sonuna qədər "Araz”ın formasını geyinəcək.
Fanat.Az