09:09 09.09.2019 4873

"Fənərbaxça"nın ulduzunun qalmaqallı həyatı: Çılpaq foto, 19 yaş böyük qadın, xəyanət...

Bu yay Türkiyə klublarına bir neçə ulduz futbolçu transfer olundu ki, onlardan biri də Adil Rami oldu. "Fənərbaxça"nın Marsel "Olimpik"indən heyətinə qatdığı Mərakeş əsilli fransalı futbolçu qalmaqallı həyatı ilə diqqəti çəkir. 

Fanat.Az Adil Raminin şəxsi həyatından maraqlı məqamları təqdim edir.

Çılpaq foto...



"Fənərbaxça"nın yeni ulduzu illər əvvəl çılpaq fotosu ilə gündəmə gəlmişdi. Belə ki, 2001-ci ildən dərc edilən və hər il fərqli idman növlərindən idmançıların çılpaq fotolarının yer aldığı "Les Dieux du stade" təqviminin 2011-ci il sayı üçün Adil Rami çılpaq şəkildə kamera qarşısına çıxmışdı. Həmin vaxt "Lill"də çıxış edən futbolçunun əlindəki topla verdiyi erotik pozlar uzun müddət müzakirə olunmuşdu. 

Maniken sevgili və gkiz oğlanlar...



Adil Rami 2011-ci ildə Roland Garros tennis turnirində Sidoni Biemontla tanış olub. Cütlük 5 il birlikdə birlikdə yaşayıb. Fransız maniken futbolçunun əkiz oğlanlarını dünyaya gətirib. Onlar Zayn və Madi adı verdikləri övladlarının 2016-cı ilin 7 sentyabrında dünyaya gəlməsindən qısa müddət sonra ayrılıblar.

Xəyanət, şiddət...



Rusiyada keçirilən 2018-ci il dünya çempionatının qalibi olan Fransa yığmasının heyətində yer alan Adil Raminin adının qarışdığı ən böyük qalmaqal isə amerikalı model Pamela Andersonla yaşadığı münasibət olub. Onların münasibəti 2017-ci ildə başlayıb və bu bu ilin yayında başa çatıb.

52 yaşlı modellə 33 yaşlı futbolçunun münasibəti qalmaqallı şəkildə yekunlaşıb. Ayrılığa səbəb isə xəyantə olub. Pamela Anderson iyunun 25-də ayrılığı "Istagram" hesabından elan edərək Adil Ramini "yalançı" və "canavar" adlandırıb. Bir gün sonra öz saytından onun keçmiş sevgilisi ilə yazışmalarını yayan amerikalı model futbolçunun onun əllərini çartladana qədər əzdiyini bildirmişdi.
 


"İki qadının ağlına və ürəyinə nəzarət etmək necə mümkün ola bilər ki? Həyatımın son iki ili yalan imiş. Böyük sevgiyə inanırdım. Amma aldadıldım. Öyrəndim ki, ikili həyat yaşayırmış" deyə Pamela Anderson özündən 19 yaşlı kiçik sevgilisi haqqında yazıb.

Bu açıqlamalardan sonra Fransa Milli Qadın Həmrəyliyi Dərnəyi onunla bütün əlaqələrini kəsib. Futbolçu özü isə iddiaları təkzib etmişdi.



Məşq əvəzinə TV proqramı...

Adil Ramiyə son zərbəni isə iki mövsümdü formasını geyindiyi "Olimpik" klubu vurmuşdu. Belə ki, Fransa klubu zədəsini səbəb göstərərək mayın 20-dəki məşqə qatılmayan futbolçunun eyni gün "Fort Boyard" adlı televiziya proqramına qatılması ortaya çıxandan sonra onunla bağlı intizam tədbirlərinə başlamışdı. Yekunda isə ulduz futbolçu Liqa 1 klubundan qovulmuşdu.



Qeyd edək ki, Fransanın Bastiya şəhərində doğulan Adil Rami peşəkar karyerasına "Frejus" klubunda başlayıb. 2006-cı ildə "Lill"ə keçən futbolçu 5 il bu komandada oynayıb. 2011-ci ildə "Valensiya" onu 6 milyon avroya transfer edib. 2014-cü ildə "Milan"a icarəyə verilən mərkəz müdafiəçinin həmin il transfer hüququ 4,25 milyon avro qarşılığında həmin kluba satılıb. Bir il sonra "Sevilya" onu 3,25 milyon avroya alaraq 2017-ci ildə 6 milyon avroya Marsel "Olimpik"inə satıb.

Adil Rami 2010/11 mövsümündə "Lill"lə Fransa çempionluğunu və kubokunu, 2015/16 mövsündə "Sevilya" ilə Avropa Liqasını qazanıb.

Müdafiəçi 2010-cu ildən dəvət aldığı Fransa millisində 36 oyun keçirərək 1 qol vurub. 33 yaşlı futbolçu "DÇ-2018"dən sonra Fransa prezidenti Emmanuel Makron tərəfindən "Fəxri Legion" ordeni ilə təltif edilib.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

26 May 2025
00:33

Türkiyə Super Liqası: "Beşiktaş" öz meydanında uduzdu

25 May 2025
23:40

İPL: 2024/2025 mövsümünə yekun vuruldu

23:08

Baxşıyevə müqavilə təklif edilməyib: "Burada olsam da, olmasam da..."

22:48

"Klub rəhbərliyinin futbolu bu qədər sevməsi bizi sevindirir" - Rəşad Sadıqov

22:24

"Mançester Yunayted" 3 futbolçusu ilə əməkdaşlığa son qoydu - RƏSMİ

21:39

"Rəqiblər bizə qarşı müdafiədən oynayırlar" - Elşad Quliyev

21:28

MPL-də mövsüm bitdi: Qərb derbisində darmadağın, "Zirə" "Araz-Naxçıvan"ı yendi

20:43

Azərbaycan triatlonçularından "qızıl" və "gümüş"

20:26

DÇ: Azərbaycan millisi qrup lideri qismində 1/8 finala yüksəldi

19:37

Kurban Berdiyev 4:0-ı belə dəyərləndirdi

19:09

Azər Bağırov "Kəpəz"dən getdi: "Oyunun nəticəsi başlamamışdan bəlli idi"

18:22

Ançelotti "Real"da qazandığı mükafatları nümayiş etdirdi - FOTO

17:56

Azərbaycan millisi Avropa Superfinalına vəsiqə qazandı

17:28

Amorim Fernandeşin MY-dən gedəcəyi ilə bağlı məlumatlara belə münasibət bildirdi

16:39

AFFA U-17 Qızlar Liqasının qalibləri mükafatlandırıldı

16:13

"Şamaxı"nın kapitanı karyerasını bitirdi

15:56

Xulian Alvaresin taleyinin necə olacağı bilindi

15:25

"Sumqayıt" rekordunu təkrarladı

14:52

De Bröynenin yeni klubu da açıqlandı, maaşı da

14:09

"Real Madrid" Alonsonun baş məşqçi postuna təyinatını açıqladı

13:51

"Milan"ın 75 milyonluq ulduzu İngiltərə nəhəngi ilə danışıqlara başladı

13:04

Erik ten Haq sabah yeni klubu ilə müqavilə bağlayacaq

12:39

Azərbaycanın veteran cüdoçularından AÇ-də daha 2 medal

12:16

Messi Ronaldinyonu geridə qoydu

11:54

Bakıda UEFA-nın dəstəyi ilə futbol festivalı keçirildi

11:07

ÇL-in qalibi Xaviyə rəsmi təklif göndərdi

10:47

Azər Salahlı yubiley matçına çıxıb

10:24

"Qarabağ" rekordunu təkrarladı

09:42

Günün oyunları bu kanallarda - AFİŞA

01:27

İspaniya La Liqası: "Real Madrid" Ançelottini zəfərlə yola saldı

01:04

İtaliya A Seriyası: "Milan" mövsümü qələbə ilə başa vurdu

00:08

Minifutbol: İkinci tura yekun vuruldu

24 May 2025
23:50

"Şamaxı"dan 5-i getdi, 4-ü qaldı, 1-i gəldi

23:31

"Bu qələbə kubok oyununda bizə özgüvən verəcək" - Vasili Berezutski

23:10

Murad Musayev Rusiya çempionu oldu

22:43

"Seleksiyaya çoxdan başlamışıq" - Samir Abasov

22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

21:07

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

20:41

"Çempionatda sponsorsuz yeganə komanda bizik" - Ayxan Abbasov

Facebookdan bizi izləməyi unutmayın.
X