Topaz Premyer Liqasının XV turunun oyunlarına təyinatlar açıqlanıb. Fanat.az xəbər verir ki, ilk oyun günündə baş tutan yeganə oyunu - "Rəvan" - "Qəbələ" matçını Vüsal Əliyev idarə edəcək.
İkinci oyun günündə baş tutacaq paytaxt derbisi - "Bakı" - "İnter" matçı Orxan Məmmədova tapşırılıb. O, ğqalmaqallı "Qaradağ" - "Neftçala" matçını idarə edib. Həmin matçda referi klub rəsmiləri tərəfindən söyülmüşdü.
"Xəzər Lənkəran" - AZAL matçını Rauf Cabbarov, "Simurq" - "Qarabağ" görüşünü Əliyar Ağayev, "Sumqayıt" - "Neftçi" qarşılaşmasını Fariz Yusifov idarə edəcək.
29 noyabr
Rəvan - Qəbələ
Hakimlər: Vüsal Əliyev, Mübariz Haşımov, Nahid Əliyev, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Telman Əzizov
Hakim-inspektor: Kərim Ağayev
Bayıl Arena stadionu, 19.00
30 noyabr
Bakı - İnter
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elman Musayev, Nail Nağıyev
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
"Bakı"nın təlim-məşq bazasının stadionu, 14.00
Xəzər Lənkəran - AZAL
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Elşən Acalov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Asim Xudiyev
“Xəzər Lənkəran” mərkəzi stadionu, 17.00
Simurq - Qarabağ
Hakimlər: Əliyar Ağayev, Vaqif Musayev, Zeynal Zeynalov, İnqilab Məmmədov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Xaqani Məmmədov
Zaqatala şəhər stadionu, 17.00
Sumqayıt - Neftçi
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Coşqun Həsənov, Fərid Məmmədov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Rövşən Əhmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17.00
Fanat.az