20:08 08.09.2019 2078

Yurçeviç ümid edir

"Sabah bizi böyük oyun gözləyir”.
 
 Bu sözlər Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçə məxsusdu.

 

Yığma komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sabah Yurçeviçin həmyerliləri olan Xorvatiya millisini qəbul edəcək.

 

Qarşılaşma öncəsi təşkil olunan mətbuat konfransında 53 yaşlı çalışdırıcı fikrini bu sözlərlə davam etdirib: "Son dünya çempionatının finalçısı ilə qarşılaşacağıq. Motivasiyamız yüksəkdi. Uelsdə məyusedici nəticə qazandıq. Təəssüf ki, son dəqiqələrdə qol buraxdıq. Düşünürəm ki, seçmə mərhələdə ən yaxşı oyunumuzu Uelsə qarşı keçirdik. Hətta Xorvatiya ilə matçdan da. Bəzi zədəlilərimiz var. Məşq zamanı bilinəcək. Rəqibin ulduz oyunçuları var, Bratislavada əla oyun keçirdilər. Amma bu o demək deyil ki, şansımız yoxdu. Əks-hücumlardan istifadə etməyə çalışacağıq”.

 

- Son vaxtlar yaxşı formada olan Ağabala Ramazanovun sabah start heyətində yer almaq şansı nə qədərdi?

- Oyunçuların bəzilərinin kiçik zədələri var. Onlarla danışdıqdan sonra qərar verəcəm. Sabah Ağabalanın çıxış etmək şansı var.

 

- Çərçivədə Səlahət Ağayevə, yoxsa Emil Balayevə şans verəcəksiniz?

- Bu barədə hələ qərar verməmişəm. Start heyətini ilk olaraq oyunçularıma açıqlayacam.

 

- Seçmə mərhələdə səfər matçlarında evdəkindən daha yaxşı çıxış etmişik. Bunun səbəbi nədi?

- Ev oyunlarımız iyun ayına təsadüf etdi. Həmin vaxt yaxşı formada deyildik. Üstəlik, erkən qollar buraxdıq. Standart vəziyyətdən gələn qollar mənfi nəticənin səbəbi idi.

 

- Emin Mahmudov ölkənin ən yaxşı yarımmüdafiəçilərindən sayılır. Onun əsas heyətdə yer almaması nə ilə bağlıdı?

- Emini çox bəyənirəm, çox yaxşı futbolçudu, texnikası var. Oynamamasının səbəbi isə odu ki, biz daha çox ikinci nömrə kimi çıxış edirik. Belədə meydanda daha çox qaçmaq lazım gəlir. Əlbəttə ki, o da şans əldə edəcək.

 

- Nəticənin uğurlu olması üçün sizə nə qədər vaxt lazımdı?

- Reytinqə baxsaq, qrupdakı komandalar arasında beşinci yerdəyik. Hər oyunda yaxşı nəticə əldə etmək mümkün olmur. Rəqibdən də asılı olur. İki oyunda 1 xal qazanmağa yaxın olduq. Növbəti matçda uğurlu nəticə qazanmağa çalışacağıq.

 

- Zaqreb və Kardiffdəki model bənzər idi. Sabahkı matçda bu modeli görəcəyik, yoxsa başqa variant hazırlamısınız?

- Üçüncü model olacaq, bir az ikinciyə yaxın. Taktiki cəhətdən bir qədər dəyişilmiş formada. Kompakt olmalıyıq, təkcə müdafiədə yox, hücumda da nəsə əldə etməyə çalışmalıyıq.

 

- Hər bir komandanın zəif nöqtəsi var. Xorvatiyanın zəif cəhətini tapa bilmisinizmi?

- Əlbəttə, hər komandanın zəif yeri olur. Xorvatiya Slovakiya ilə oyunda yaxşı çıxış etməmişdi. Hamı deyirdi ki, əvvəlki komanda deyil. Ancaq ikinci oyunda ideala yaxın çıxış etdilər. Ardıcıl iki oyunu eyni səviyyədə keçirmək çətin olur. Ümid edirəm ki, Slovakiya ilə matçdakı motivasiyaları sabah olmaz.

 

- Eddi İsrafilov dünən klubunun heyətində meydana çıxıb. Halbuki onun zədəli olduğunu demişdiniz…

- Eddi bizim üçün önəmli futbolçudu. Son 2-3 həftə ərzində bir neçə dəfə danışmışıq. Mənə demişdi ki, 10-15 dəqiqə oynaya bilər. Bu üzdən çağırmadıq.

 

- "Kayserispor”da oynayan Hüseyn Hasan Acar yığmamızda oynamaq istəyir. Onun barəsində məlumatınız varmı?

- Yığmaya namizədlərin hamısını izləyirik. Amma hazırda oyuna köklənmişik. (Matc.az)
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 İyun 2025
01:04

Klublararası dünya çempionatı: PSJ "Atletiko Madrid"i böyük hesabla yendi

15 İyun 2025
23:45

Azərbaycan millisi Gümüş Avropa Liqasında növbəti oyununu keçirdi

23:09

Avropa çempionatı: Azərbaycan güləşçiləri sonuncu gün bir dəst medal qazandılar

22:31

Mahir Emreli Super Liqadan aldığı 3 təklifi geri çevirdi

21:57

"Bayern Münhen"klublararası dünya çempionatına "qol yağışı" ilə başladı

21:20

İtaliya çempionu Ronaldunun komanda yoldaşına elçi düşdü

20:51

Bakıda "At gücü" yarışı keçiriləcək

20:33

Berezutski "Sabah"la vidalaşdı

20:17

Karateçilərimizdən 1 qızıl, 2 gümüz, 3 bürünc medal

19:50

İtaliya millisinin yeni baş məşqçisi bilindi - RƏSMİ

19:18

"Milan"ın əfsanəsi A Seriyasının debütantını çalışdıracaq

18:49

Ter Stegen Türkiyə yolunda - SON DURUM

18:03

Dünya Kuboku: Azərbaycan gimnastlarından uğurlu nəticə

17:20

"Nyukasl"ın vingeri İngiltərə nəhənginə keçməyə yaxındır

16:56

Qranit Caka Almaniyanı İtaliyaya dəyişməyə qərar verdi

16:10

Bekhem "Ser" rütbəsinə layiq görüldü

15:48

"Milan"ın sabiq kapitanı İstanbul nəhənglərindən hansını seçəcək?

15:21

Xabi Alonso "Real Madrid"də debüt təəssüratlarını bölüşdü

14:55

Hidayət Heydərov ilk görüşdə məğlub oldu

14:19

Azərbaycan badmintonçuları beynəlxalq turnirdə iki gümüş medal qazandılar

13:52

"Bayern Münhen"in hücumçusu Avroliqanın qalibi ilə anlaşdı - RƏSMİ

13:20

"Fərdi mükafatlar məni qətiyyən maraqlandırmır" - Enrike "Qızıl top"dan danışdı

12:50

Avropa Gümüş Liqası: Millimiz növbəti matçına çıxır

12:18

AFFA-da klub nümayəndələri ilə görüş keçirildi

11:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:13

Dünya çempionatı: Hidayət Heydərov və daha 2 cüdoçumuz mübarizəyə başlayır

10:45

Günün oyunları bu kanallarda - AFİŞA

10:07

Klublararası dünya çempionatı: PSJ "Atletiko Madrid"lə üz-üzə

09:40

İlkay Gündoğan "Mançester Siti"ni bu kluba dəyişir - Danışıqlar başladı

09:00

Messinin komandası "Əl-Əhli" ilə bacarmadı

08:30

Azərbaycanda Milli Qurtuluş Günüdür

14 İyun 2025
23:43

İngiltərə millisinin üzvü Fransa klubunda - RƏSMİ

23:22

Sloveniyalı bombardir Almaniya nəhənginə keçir

22:46

U-17 AÇ: Azərbaycanın sərbəst güləşçiləri 3 medalla başladılar

22:17

Xorvatiyadakı beynəlxalq təlim-məşq toplanışı yekunlaşdı

21:32

Rumıniya millisi Azərbaycan yığmasına set vermədi

21:05

Vasili Berezutski "Sabah"dan getdi - RƏSMİ

20:55

"Çelsi" onu heyətinə qata bilsə..." - Klod Makelele

20:23

Azərbaycanın daha iki güləşçisi AÇ-nin finalında

19:59

AFFA U-13 Liqasında çempion da bilindi, mükafatçılar da

Facebookdan bizi izləməyi unutmayın.
X