17:51 11.09.2019 1638

Vaqif Sadıqov: “Klublar Premyer Liqadakı oyunlara görə mükafat ödəyirlərsə, milliyə niyə verilməsin?”

"Azərbaycan millisinin Uels və Xorvatiya yığmalarına qarşı sərgilədiyi futbol, oyun nizam-intizamı bizi qane etdi. Düzdür, Kardiffdə heç-heçə hesabını sonadək qoruya bilmədik, amma bunun da obyektiv və subyektiv səbəbləri var”.

Bunu "Report”a AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində səfərdə Uels yığmasına məğlubiyyətini və Bakıda Xorvatiya ilə heç-heçə oynamasını şərh edərkən deyib.

60 yaşlı mütəxəssisin sözlərinə görə, Kardiffdəki oyunda baş hakim Farrucia Kann Trustinin səhvləri nəticəyə təsir edib: "İkinci qolda qapıçımız Səlahət Ağayevə qarşı aşkar qayda pozuntusu vardı. Bunu dəqiqliklə deyə bilərəm. Yan xətt hakimi həmin epizodda bayrağını qaldırsa da, referi ona məhəl qoymadı. Heyətdə bəzi itkilər olsa da, gənclər özlərini yaxşı tərəfdən göstərdilər. Bu, sevindirici haldır. Həm Uelslə, həm də onun davamı kimi Xorvatiya ilə qarşılaşmada millimiz tamamilə fərqli oyun sərgilədi. Kardiff şəhərindən Vətənə xalla olmasa da, ümidverici oyunla döndük. Bakıda isə güclü Xorvatiya komandasına qarşı xüsusən də 2-ci hissədə çox gözəl futbol nümayiş etdirməklə ilk xalımızı qazandıq. Ancaq mənim üçün xaldan önəmlisi gənc futbolçularımızın performanı və ortaya qoyduğumuz oyun oldu. Azarkeşlərimizi də qeyd etmək istərdim. İlk dəqiqələrdən sonadək komanda ilə birgə nəfəs aldılar. Xorvatiya ilə matçda baş məşqçimiz Nikola Yurçeviçin əvəzetmələri də böyük rol oynadı. İlk yarı ilə müqayisədə, fasilədən sonra tam fərqli oyun modelinə keçməklə üstünlüyü ələ aldılar. Biz sona qədər hücumda olan bir Azərbaycan millisi gördük. Həmçinin müdafiədə də çox etibarlı çıxış etdilər. Komandanın əhval-ruhiyyəsi çox yaxşıdır. Bu çıxışın davamını gözləyirik”.



Sadıqov heyətdə yer alan gənclərin gələcəyə nikbin baxmağa əsas verdiyini vurğulayıb: "Əvvələr deyirdik ki, hansısa səbəblərdən heyətdə itkilər var. Ancaq son 2 matçda itkiləri əvəz edənlər işlərinin öhdəsindən çox yaxşı gəldilər. Qapıçı Emil Balayevdən tutmuş, Bəhlul Mustafazadə, Ramil Şeydayev, Mahir Emreli və digərləri çox inamlı oynadılar. Bu gənclər gələcəyə nikbin baxmağımıza əsas verir”.

Azərbaycan millisinin sabiq baş məşqçisi olan Sadıqov Xorvatiya yığması ilə heç-heçəyə görə heyət üzvlərinə mükafat verilməsinə də toxunub: "Heç bir futbolçu millinin forması ilə oyunlara mükafat üçün çıxmır. Bunu həm şəxsi təcrübəmə, həm də hazırkı müşahidələrimə əsasən deyirəm. Heç bir oyunçu ölkəsinin əsas komandasında mükafat iddiası da qaldırmır. Ardıcıl 5 oyunda uduzub, 6-cı matçda xal qazanırıqsa, həvəsləndirici mükafat ola bilər. Bu, bütün dünyada normal qəbul olunmuş haldır və təbii qarşılanmalıdır. İstər milli komandalarda, istərsə də klublarda mükafat verirlər. Xorvatiya ilə bərabərliyə görə mükafatın verilib-verilməməsindən xəbərsizəm. Verilbsə, bu, normal haldır. Bizim də vaxtımızda həvəsləndirici mükafatlar vardı. Bunu da seçmə mərhələnin əvvəlində təyin edirdilər. Ancaq yenə deyirəm, bizim dönəmimizdə milliyə dəvət alanlar mükafat məsələsinə önəm vermirdilər. İndi də elədir. Milli komandanın formasını geyinən şəxs vətəni, xalqı, öz ailəsi üçün meydana çıxır. Belə məqamlarda mükafat fikirləşmirlər. Bu gün 8 komandanın iştirak etdiyi Azərbaycan Premyer Liqasında klublar nəticələrə görə mükafat verirlərsə, beynəlxalq miqyasda uğur əldə edən milli üzvlərinə niyə verilməsin? Bir daha təkrar edirəm, millidə oynayanlar mükafat fikirləşmirlər. Digər tərəfdən, bir futbolçunun milliyə düşməsi onun inkişafı üçün geniş imkanlar açır. İnkişaf olandan sonra pul onsuz da özü gəlir”. 

Qeyd edək ki, Uelsə səfərdə 1:2 hesabı ilə uduzan Azərbaycan millisi Xorvatiya ilə ev oyununda heç-heçəyə nail olub - 1:1.  
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X