Türkiyə Super Liqasında IV tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. Son çempion "Qalatasaray" doğma meydanda "Kasımpaşa" ilə qarşılaşıb.
Görüş "Cim-Bom"un 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qola debüt oyununa çıxmış "Qalatasaray"ın yeni transferi Radamel Falkao (38-ci dəqiqə) imza atıb.
Qeyd edək ki, bu qələbə ilə xalını 7-yə yüksəldən "Qalatasaray" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Kasımpaşa" isə 1 xalla 17-ci pillədə qalıb. Turnir cədvəlinə 9 xalla "Alanyaspor" başçılıq edir. "Fənərbaxça" 7 xalla 2-ci, "Denizlispor" eyni xalla 3-cüdü.
Fanat.Az