Porno sayt basketbol klubuna sponsorluq təklif edib.
Fanat.Az xəbər verir ki, ABŞ-ın "Mayami Hit" basketbol klubunun "American Airlines"lə müqaviləsi başa çatır. Bu şirkət 1999-cu ildən "Mayami Arena"nın ad haqqına sahibdi. Klub 20 ildi əməkdaşlıq etdiyi şirkətlə müqaviləni yeniləməyəcək.
"American Airlines" "Mayami Hit"ə ildə sponsorluq haqqı olaraq 2 milyon dollar ödəyir. İndi isə bir porno sayt "Mayami Arena"nın ad haqqı üçün kluba illik 10 milyon dollar təklif edir.
Bununla bağlı açıqlama yayan porno sayt qeyd edib: "Mayami, cənub sahili, gözəl qızlar və NBA-dakı "Mayami Hit"lə tanınır. Mayami, eyni zamanda "BangBros"la da tanınır. Biz də "Mayami Hit"in oyunlarını keçirdiyi arenaya ad sponsoru olmaq istəyirik".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol