AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Neftçi” tərəfindən verilmiş apellyasiya şikayətini qismən təmin edib.
Fanat.Az xəbər verir ki, 11 may 2019-cu il tarixində Premyer Liqanın III turunda "Sumqayıt”la ev oyununun 90+4-cü dəqiqəsində rəqibin baş məşqçisi Ayxan Abbasova əl ilə zərbə vurduğuna görə sanksiya ilə üzləşən "Neftçi”nin qapıçılar üzrə məşqçisi Etibar Tarıverdiyevin cəzası ikiqat azaldılıb.
Onun AFFA İntizam Komitəsinin 3 sentyabr 2019-cu il tarixli qərarı ilə cəzalandırıldığı oyun sayı 20-dən 10-a, kluba tətbiq olunan cərimə 16000 (on altı min) manatdan 8000 (səkkiz min) manata endirilib.
Fanat.Az