AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fanat.Az xəbər verir ki, komitə üzvləri I divizionun III turunda baş verən qayda pozuntularına hüquqi qiymət verib.
"Zirə-2” - "Qarabağ-2” matçında əvəzetmə zamanı meydan sahiblərinin heyətində protokolda adı olmayan futbolçusu (Nizami Səmədov) meydançaya çıxıb. Buna görə klub 400 manat cərimə olunub, hesab isə olduğu kimi - 1:7 saxlanılır.
Oyunun 51-ci dəqiqəsində "Zirə”nin futbolçusu Müşfiq İlyasov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimələnib. Eyni cəzaya "Qarabağ”dam Zaur Fərzəliyev də məruz qalıb. O, 90+2-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb.
"Qaradağ Lökbatan” - "Ağsu” matçının 51-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Sərxan Əhmədli ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Ona 2 oyun cəza verilib, klub 160 manat cərimələnib. "Qaradağ Lökbatan” oyunun video yazısını təqdim etmədiyinə görə 80 manat cərimə olunub.
"Səbail-2” "Sabah-2” ilə oyunda 4 futbolçusu sarı vərəqə aldığlndan 80 manat cərimə edilib. "Səbail-2” həmçinin matçın protokolunu vaxtında tərtib etmədiyinə, "Sabah-2” isə nümayəndəsinin oyun öncəsi iclasa 10 dəqiqə gecikdiyinə görə 80 manat cərimələnib.
Fanat.Az