Kriştiano Ronaldo 3 ildi birlikdə olduğu Corcina Rodrigeslə evlənəcək.
Fanat.Az xəbər verir ki, portuqaliyalı ulduz bu barədə "Good Morning Britain" proqramında açıqlama verib.
"Yuventus"un futbolçusu "Corcina Rodrigeslə evlənəcəksən" sualına belə cavab verib: "Əlbətdə, onu sevirəm. Bir gün evlənəcəyik. Bu anamın ən böyük arzusudu. O mənim sevgilimdi. Mən ona qəlbimi açıram, o da mənə. Bir gün niyə evlənməyək ki?".
Qeyd edək k, Ronaldo Rodrigesi Madriddəki bir geyim mağazasında tanış olub. Həmin vaxt Corcina mağazada satıcı işləyirmiş. Cütlüyün bir qızı var.
Fanat.Az