"Fənərbaxça"nın "Zenit"dən transfer etdiyi Bruno Alveş müayinədən keçmək üçün İstanbula gedib.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı oyunçu hava limanında "Burada olduğum üçün çox xoşbəxtəm. İstanbulda olmaqdan və "Fənərbaxça"da forma geyməkdən qürur duyuram. Bu transferi çox arzulamışdım", deyib.
İdman24.az