İspaniyada hazırlıq prosesində olan qızlardan ibarət Azərbaycanın U-19 millisi Madridin “Atletiko” klubunun qızlardan ibarət komandası ilə yoxlama oyunu keçirib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma 3:0 hesabı ilə Madrid təmsilçisinin xeyrinə başa çatıb. Hər üç qol birinci hissədə vurulub.
İdman24.az