UEFA Gənclər Liqasında APOEL (Cənubi Kipr) və "Qəbələ" arasında keçiriləcək I raundun ilk oyununa təyinatlar açıqlanıb.
Fanat.Az xəbər verir ki, Nikosiyada baş tutacaq matç qazaxıstanlı hakimlər briqadasına tapşırılıb. Görüşü Furkat Atacanova idarə edəcək. Ona Denis Labaşyov və Sergey Kalaçyov yardımçı olacaq.
Matçın UEFA nümayəndəsi makedoniyalı Vasko Doyçinovski olacaq, hakimlərin işinə Cənubi Kiprdən olan hakim-inspektor Xristos Nikolaidis qiymət verəcək.
Oktyabrın 2-də keçiriləcək APOEL - "Qəbələ" görüşü Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Cavab oyunu oktyabrın 24-də Qəbələdə olacaq.
Fanat.Az