Türkiyə mətbuatı "Sabah"la bağlı yeni xəbər yayıb.
Fanat.Az "NTV Spor"a istinadən xəbər verir ki, Bakı klubunun nümayəndələri Ümit Özatla danışıqlar aparmaq üçün İstanbula yollanıb. Məlumata görə, hazırda işsiz olan mütəxəssislə klub nümayəndələri görüşüb. Hətta ilkin danışıqların müsbət nəticələndiyi, tərəflər arasında tezliklə müqavilənin imzalanacağı vurğulanıb.
Qeyd edək ki, Premyer Liqanın ilk 5 turunda 2 xal toplayan "Sabah" Elşad Əhmədovun yerinə müvəqqəti olaraq İqor Ponomaryovu baş məşqçi postuna təyin edib.
Fanat.Az