"Əzmkar, yaxşı qələbə qazandıq. Bizə inanlara çox sağ ol deyirik".
Bunu "Sabah"ın məşqçisi Rövşən Babayev Premyer Liqanın VI turunda evdə "Səbail"i 3:0 hesabı ilə məğlub etdikləri matçdan sonra söyləyib.
Onun sözlərinə görə, İqor Ponomaryovun müvəqqəti baş məşqçi təyin edilməsi komandanın oyununa müsbət təsir edib:
""Sumqayıt"la oyunda hücumçularımız zəif çıxış etmişdilər. Bu gün isə komanda şəklində yaxşı oynadıq. Həftə ərzində komandanı İqor Ponomaryovla birgə hazırlamışıq. Onun gəlişindən sonra komandada sıçrayış var. O, baş məşqçi postunda qalmalıdırmı? Bu haqda heç nə deyə bilmərəm. Bizim işimiz komandanı oyuna hazırlamaqdır. Bugünkü 3 xal geri dönüş üçün önəmlidir".
Babayev "Sabah"ın baş məşqçisi olacağı gözlənilən ukraynalı Yuri Vernidubun oyunu stadiondan canlı izləməsini şərh etmək istəməyib.(Report)