Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov istefa verəcəyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Fanat.az Report.az-a xəbər verir ki, qurum rəhbəri yayılan məlumatı təkzib edib.
"Bunlar yalan xəbərlərdir. İşimizi davam etdiririk. Oktyabrın sonu möhtəşəm turnir var. Bunlar hamısı kiminsə uydurmasıdır", - deyə Axundov bildirib.
Fanat.az