Avropa Liqasının qrup mərhələsinin II turunda keçiriləcək "Düdelanj" - "Qarabağ" oyununa hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, UEFA matçı görüşü Şotlandiyadan olan hakimlər briqadasına tapşırıb.
Matçın baş hakimi Con Biton olacaq. Ona Daniel Makfarlan və Duqlas Potter yardım edəcək. Dördüncü hakim funksiyasını isə Donald Robertson yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 3-də Lümsemburqdakı "Jozi Bartel" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanayaq.
Fanat.Az