İspaniyanın əsas milli komandasına 16 yaşlı futbolçu dəvət olunub.
Fanat.Az xəbər verir ki, "Barselona"nın gənc üzvü Ansu Fati baş məşqçi Robert Morenonun 40 nəfərlik genişləndirilmiş siyahısında yer alıb.
Qvineya-Bissau əsilli futbolçu bu yaxınlarda İspaniya pasportu alıb. O, ilk dəfə İspaniyanın A milli komandasına çağırılır. Fati bundan əvvəl Braziliyada keçiriləcək U-17-lərin dünya çempionatı üçün İspaniya yığmasının 50 nəfərlik ilkin heyətinə də daxil edilmişdi.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Fati bu mövsüm La Liqada 5 oyuna 2 qol vurub, 1 məhsuldar ötürmə edib. O, Çempionlar Liqasında da bir oyuna çıxıb.
Fanat.Az