"Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası Cənubi Kiprə yollanıb.
Fanat.Az xəbər verir ki, UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində APOEL-lə qarşılaşacaq "qırmızı-qaralar” dünən Nikosiyaya çatıb.
Famil Xəlilovun baş məşqçisi olduğu komanda günün ikinci yarısında Cənubi Kiprdə ilk məşqinə çıxıb. Hazırlıq prosesində U-19-un səfərə yollanan 18 futbolçusu iştirak edib. Bunlar Vüsal Məsimov, Rüstəm Nuruyev, İdris İnqilablı, Fərid İsgəndərov, Nicat Oruclu, Nicat Əliyev, Təbriz İsazadə, Xəyal Muradov, Məhəmməd Məhərrəmov, Əli Mürsəlov, Müşfiq Nadirov, Əmrah Məmmədli, Veysəl Rzayev, Emil Səfərov, Samir Məhərrəmli, Rüfət Əhmədov, Nemət Şıxəmirov və Rauf Məhərrəmovdur.
Komanda bu gün oyunöncəsi son məşqinə çıxacaq.
Fanat.Az