AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağı yaş qrupu üzrə çempionatlardakı bəzi komandalara sərt cəzalar tətbiq
Fanat.Az xəbər verir ki, komitə bir neçə komandaya texniki məğlubiyyət verib.
Boulevard Hotel U-15 Liqasının "Sabah” – "Binə” oyununun gedişində ikincilərin azarkeşləri meydana daxil olaraq rəqibə hucum edib. Nəticədə görüş yarımçıq dayandırlıb. Bu səbəbdən "Binə”yə 0:3 hesablı texniki məğlubiyyət verilib. "Sabah”a isə təhlükəsizliyi tam təmin etmədiyi üçün ciddi xəbərdarlıq olunub. Bu hal yenidən təkrar olunacağı təqdirdə kluba qarşı sanksiya tətbiq olunacaq.
U-12 Liqasının UGİM Gənclərbirliyi – "Çinar” UGFHK matçında "Çinar” UGFHK, U-12 Qızlar Liqasının "Aran” FK (Ağcabədi) – "Bəhramtəpə” (İmişli) görüşündə isə "Bəhramtəpə”nin heyətində yetərsay olmayıb və hər iki komandaya texniki məğlubiyyət verilib (0:3).
U-10 Liqasının "Metak” (Qusar) – "Xızı Təhsil” matçında "Xızı Təhsil”in, futzal üzrə Birinci Liqanın "Harmony Hotel” – "Metropoliten” qarşılaşmasında isə "Harmony Hotel”in heyətində protokolda adı olmayan futbolçu iştirak etdiyinə görə klublara müvafiq olaraq 0:3 və 0:5 hesablı texniki məğlubiyyət verilib.
Fanat.Az