"Azərbaycanın "Sabah" klubu ilə sıx təmasımız oldu. Bizim də bəzi gözləntilərimiz var. Hətta "Sabah"ın oyunlarını da izlədim".
Fanat.Az xəbər verir ki, bu sözləri türk məşqçi Ümit Özat deyib.
Mütəxəssis "Radyospor"a müsahibəsində "Sabah"la danışıqlar apardığını və bu keçidin baş tutma ehtimalının olduğunu təsdiqləyib: "Bu işlər Türkiyədə dərhal gerçəkləşir, amma ölkə xaricində bir gün içində olmur. "Sabah" rəhbərliyi ilə ötən həftə danışığımız olmuşdu. Doğru seçim etmək lazımdı. Azərbaycanın da doğru ölkə olduğunu düşünürəm".
Fanat.Az