13:41 03.10.2019 1600

Əmrah Çəlikəl: "Qarabağ"ın hədəfi qrupdan çıxmaqdır"

"Qarabağ"ın direktoru Əmrah Çəlikəl Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Düdelanj"la oyun öncəsi qol.az-ın suallarını cavablandırıb. O, komandanın bugünkü oyunundan, Avroliqada qarşısına qoyduğu məqsədlərdən söz açıb. Həmin müsahibəni təqdim edirik:

- Bugünkü oyundan klub rəhbərliyi olaraq, gözləntiniz nədir?
- Hamımızın gözləntisi 3 xal qazanmaqdır və buna görə bura gəlmişik. Qələbə  üçün hər kəs əlindən gələni edəcək.

- Klub rəhbərliyinin "Qarabağ”ın hazırkı duruma haqda rəyi necədir? Komanda Premyer Liqada liderdir, amma Avroliqaya məğlubiyyətlə başladı. Ümumi durum sizin üçün qaneedicidirmi?
- Əlbəttə, qaneedicidir və daha yaxşı olması üçün hamımız çalışırıq. Düzdür, Avroliqaya məğlubiyyətlə başladıq. Amma "Sevilya”ya uduzduq. Bu, hamı tərəfindən gözlənilən idi. Bu gün qrupdan çıxmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

- Hər il olduğu kimi, bu il də transferlərlə bağlı həm məşqçilərə, həm rəhbərliyə ictimaiyyət tərəfindən tələblər, təzyiqlər çox oldu. İndiyədək keçirilən oyunlardan sonra bu barədə necə düşünürsünüz, transferlərin səviyyəsi ilə bağlı fikriniz necədir? Əlavə transferlər etmək olardımı?
- Bilirsiniz ki, bu məsələlərdə biz çox danışmırıq. Bu, texniki məsələdir. Əgər Qurban müəllimi qane edirsə, əlbəttə, bizi də qane edir. Bizim bütün dəstəyimiz və inamımız onunla bir yerdədir. Çox fərqli fikirlər söyləmək olar. Hər kəsin özünəməxsus düşüncəsi ola bilər, buna da hörmətlə yanaşırıq. Ancaq bizim bu məsələdə rəhbərimiz Qurban müəllimdir və biz ona güvənirik.

- Bu il oyunlara azarkeşlərin gəlməsi ilə bağlı nə düşünürsünüz? Gözlədiyiniz qədər azarkeşlər gəlir, yoxsa azalma var?
- Əgər Premyer Liqadan danışırıqsa, bu, Azərbaycan futbolunda bizim problemli yerimizdir. Yəqin ki, azarkeş sayında artım olacaq. Azarkeşlərin stadiona az gəlməyi haqda həmişə danışılıb, amma "Qarabağ”a həm fan klublarımız, həm də bütün Qarabağı sevənlər dəstək olurlar və biz bunu hiss edirik.

- "Düdelanj"la oyuna azərbaycanlı azarkeşlər tərəfindən müraciət olunubmu?
- Bəli, çoxlu sayda. Xeyli vətəndaşlarımızın, həmvətənlərimizin gələcəyini bilirik.  Bizə bu haqda məlumatlar daxil olub. Bugünkü görüşümüzdə bizə deyildi ki, onlara da çoxlu müraciətlər var. Təxminən, 300-500 nəfər arasında azarkeşin stadiondan bizi dəstəkləməyini gözləyirik.

- Son olaraq, klub rəhbərliyi məşqçi heyətinin qarşısında Avroliqa ilə bağlı hansı hədəfi qoyub?
- Bizdə hədəflər öz təbii yoluyla yaranır. Biz demirik ki, bunu edəcəksiniz. Olduğumuz mövqelərin ən yüksək zirvəsinə çatmaq üçün çalışırıq. Bu gün də belədir. Yəni, məqsədimiz qrupdan çıxmaqdır. Bu, bizim təbii hədəfimizdir. Buna nail olmaq üçün də əlimizdən gələni edəcəyik.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X